Almaniyanın "Mercedes-Benz" avtomobil konserni rus dilerlərini proqram təminatından ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı avtomobil istehsalçısının Rusiyadakı distribyutorunun nümayəndələri yayıblar.
“Həqiqətən, dilerlərin istehsalçının onlayn proqram sistemləri ilə əlaqəsi kəsilib”, - deyə hesabatda qeyd olunur.
Distribyutorun nümayəndələri əlavə ediblər ki, "Mercedes-Benz" konserninin Rusiya bazarından çıxması ilə əlaqədar onların artıq yoxlama və servis fəaliyyəti üçün əlavə imkanları yoxdur.
Bizim.Media