Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin təxirə salınma ehtimalı var.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, dövlət başçılarının avqust ayına planlaşdırılan görüşü sentyabrda baş tuta bilər.
Ehtimal edilir ki, görüş üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyaya səfər edə bilər.
Qeyd edək ki, görüş zamanı tərəflərin “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir.
Bizim.Media