“Ukrayna tərəfindən Krım körpüsünə edilən hücumlar cavabsız qalmayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.
O, körpüyə hücumu “vəhşilik” adlandırıb: “Bu cür addımlara haqq qazandırmaq olmaz”.
Qeyd edək ki, bu gün Ukrayna ordusu Krım körpüsünə raketlərlə hücum edib.
Bizim.Media