Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili məlumat verib.
Nazir bildirib ki, 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz əraziyə köçürülüb, 25 nəfərin axtarışları davam etdirilir.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı avqustun 7-sinədək Gürcüstanda matəm elan olunub.
Bizim.Media