Heydər Əliyev Fondu və Mehriban Əliyevanın dünya miqyasında apardığı mühüm işlər Braziliya mətbuatında

Azərbaycan-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov (CEPAI) Braziliyanın tanınmış "Brasilia in Foco" xəbər saytına Heydər Əliyev Fondu və Mehriban xanımın dünya miqyasında apardığı mühüm işlər haqqında məlumat verib.

Məqalə Azərbaycan rəhbərliyinin, xüsusən Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi mədəniyyət diplomatiyasına həsr edilib.

"Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri” 

Materialda qeyd olunur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz "Instagram" səhifəsində qədim Qarabağ torpağındakı dini abidələrin və məscidlərin bərpası layihəsinin işə salınması barədə paylaşım edib. 

 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva ICESCO-nun tədbirində çıxış etdi


"Brasilia in Foco” Mehriban Əliyevanın həmin paylaşımını sitat gətirir:

"Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir.

Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur.

Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir.

İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.

Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!”

"Brasilia in Foco” oxucuların diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkənin xaricdə populyarlaşmasına, habelə sosial siyasətin həyata keçirilməsinə, elmin, təhsilin, mədəniyyətin və idmanın inkişafına mühüm töhfələr verir.

Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli dəyərlərin qorunub saxlanmasına və möhkəmlənməsinə, humanizm prinsiplərinin təbliğinə yönəlib.

 

Mehriban Əliyevanın Heydər Əliyev Fondu ilə UNESCO arasında əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanır, qeyd olunur ki, bu fəaliyyət Azərbaycan mədəniyyətinin və mədəniyyətlərarası dialoqun beynəlxalq səviyyədə təbliği üçün böyük əhəmiyyət kəsb edir.


Azərbaycanın birinci xanımının fəaliyyətinin etirafı kimi 2004-cü ildə o, qeyri-maddi mədəni irsin təbliğinə və qorunmasına görə xoşməramlı səfir seçilib.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işlənib hazırlanmış siyasətin həyata keçirilməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyəti nəticəsində Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, ənənəvi Azərbaycan xalçaçılıq sənəti, ənənəvi çövkən at oyunu, kəlağayı qadın baş örtüyünün hazırlanması və geyim mədəniyyəti və simvolikası, Lahıc misgərlik sənəti, Novruz bayramı, lavaş, katırma, jupka, yufka – nazik çörək növlərinin hazırlanması, dolmanın hazırlanması ənənələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

2019-cu ildə Azərbaycanın qədim Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunub.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına, digər ölkələrlə humanitar sahədə ikitərəfli münasibətlərin dərinləşməsinə kömək edir.

​​​​​​​Məqalədə qeyd olunur ki, 2009-cu ildə Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində XIV əsrə aid Strasburq Kafedral Kilsəsinin beş vitrajının bərpası üçün maliyyə vəsaiti ayırıb. 2012-ci ildə Fond Müqəddəs Marçelini və Piyetro katakombalarını bərpa edib.

 

"Brasilia in Foco” yazır ki, tolerantlıq və dialoq sahəsində görülmüş işlər nəticəsində 2016-cı ildə Papa Fransisk Azərbaycana səfəri zamanı Müqəddəs Bakirə Məryəm məbədində olub, Azərbaycanı sivilizasiyalar arasında körpü adlandırıb.


Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün layihələr bir daha göstərir ki, "Bakı prosesi”nin təşəbbüskarı olan Azərbaycan müxtəlif xalqlar və mədəniyyətlər arasında əməkdaşlığın möhkəmlənməsi və səmərəli dialoqun təbliği sahəsində işi ilə bütün dünyada sülhə və təhlükəsizliyə töhfə verir, mədəni müxtəliflik dəyərlərini irəlilədir, sivilizasiyalar arasında qarşılıqlı anlaşma, multikulturalizm və dialoqun inkişafında mühüm rol oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bayılda keçmiş məhkum evində ölü tapıldı

Bayılda keçmiş məhkum evində ölü tapıldı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ölü heyvan və insan sümüyündən hazırlanan diş implantları – Yeni sahibinin şəxsiyyətini dəyişə bilərmi?

Ölü heyvan və insan sümüyündən hazırlanan diş implantları – Yeni sahibinin şəxsiyyətini dəyişə bilərmi?

Sızrandakı neft emalı zavoduna ZƏRBƏ ENDİRİLDİ

Sızrandakı neft emalı zavoduna ZƏRBƏ ENDİRİLDİ

Ailə həyatı üçün ideal çarpayı - VİDEO

Ailə həyatı üçün ideal çarpayı - VİDEO

Moskva vilayətinə PUA hücumu: 5 ölü, 6 yaralı var – VİDEO

Moskva vilayətinə PUA hücumu: 5 ölü, 6 yaralı var – VİDEO

MİDA güzəştli mənzilləri satışa çıxarır – BU TARİXDƏ

MİDA güzəştli mənzilləri satışa çıxarır – BU TARİXDƏ

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Tramp: Avropanı qeyri-qanuni miqrasiya məhv edir

Tramp: Avropanı qeyri-qanuni miqrasiya məhv edir

Ağdamda əkin sahələrini qəsdən yandıran şəxs TUTULDU - VİDEO

Ağdamda əkin sahələrini qəsdən yandıran şəxs TUTULDU - VİDEO

Dövlət Miqrasiya Xidmətindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı AÇIQLAMA

Dövlət Miqrasiya Xidmətindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı AÇIQLAMA

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Sığorta şirkətlərinin zərərlilik əmsalı 63 faizə çatdı - Növbəti addım nə olacaq?

Sığorta şirkətlərinin zərərlilik əmsalı 63 faizə çatdı - Növbəti addım nə olacaq?

SOCAR-dan kütləvi ixtisarlarla bağlı yayılan iddialara CAVAB

SOCAR-dan kütləvi ixtisarlarla bağlı yayılan iddialara CAVAB

Ceki Çan Bakıda film çəkilişində - FOTO

Ceki Çan Bakıda film çəkilişində - FOTO

Ehtiyatda olan polkovnik vəfat etdi

Ehtiyatda olan polkovnik vəfat etdi

Hikmət Hacıyev 3 saat ərzində Türkiyədən gələn qonaqların suallarını CAVABLANDIRDI - FOTO

Hikmət Hacıyev 3 saat ərzində Türkiyədən gələn qonaqların suallarını CAVABLANDIRDI - FOTO

Sankt-Peterburq yaxınlığında "Wildberries" anbarı məhv edildi - VİDEO

Sankt-Peterburq yaxınlığında "Wildberries" anbarı məhv edildi - VİDEO

Musiqi və incəsənət məktəblərinin serifikatlaşdırılmasında qabiliyyət imtahanı ilə bağlı AÇIQLAMA

Musiqi və incəsənət məktəblərinin serifikatlaşdırılmasında qabiliyyət imtahanı ilə bağlı AÇIQLAMA

Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq - FOTO

Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq - FOTO

Ərdoğan bu gün generalları, nazirləri toplayır - Mühüm qərarlar veriləcək

Ərdoğan bu gün generalları, nazirləri toplayır - Mühüm qərarlar veriləcək

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

ATƏT-in sədri Bakıdan paylaşım etdi

ATƏT-in sədri Bakıdan paylaşım etdi

End of content

No more pages to load

RADİO