Rusiyanın Samara vilayətinin Sızran şəhərində yerləşən neft emalı zavodunun pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı bildirilir.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində müəssisədə zərər qeydə alınıb.
Rəsmi qurumlar hələlik hücumun nəticələri və mümkün itkilərlə bağlı ətraflı məlumat açıqlamayıb.
Qeyd edək ki, Sızran Neft Emalı Zavodunun illik emal gücü 7–8,9 milyon ton təşkil edir.
Bizim.Media