Livanın “Hizbullah” hərəkatını təmsil edən nümayəndə heyəti Rusiya hökumətinin dəvəti ilə Moskvada səfərdədir.
Bizim.Media “Mehr” agentliyinə istinadla xəbər verir ki,heyətə hərəkatın Livan parlamentindəki fraksiyasının sədri Məhəmməd Raad başçılıq edir.
Səfər çərçivəsində Rusiya rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək. Görüşlərdə Suriya və Livandakı böhrandan çıxış yollarının müzakirəsi planlaşdırılır.
Bizim.Media