Çinin paytaxtında qum fırtınası müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Pekinin ekologiyanın və ətraf mühitin monitorinqi mərkəzi yayıb.
Mənbə bildirir ki, qonşu Monqolustanda yaranan fırtına səhər saatlarında Çinin şimal hissəsində, o cümlədən paytaxt Pekində səmanı sarı rəngə boyayıb.
Havanın çirklilik indeksi 1000-i ötüb. İnsanlara evlərindən çıxmamaq tövsiyə olunub.
Gözlə görmə məsafəsinin kəskin azalması nəqliyyatın hərəkətində problemlərə səbəb olub.
Bizim.Media