“Azərbaycan – heç vaxt səyahət etməyi düşünmədiyiniz möhtəşəm ölkə”-  "The Telegraph" nəşri yazır

Böyük Britaniyanın “The Telegraph” qəzetində Azərbaycan haqqında geniş məqalə dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalənin müəllifi Ceyms Stivort Azərbaycana səyahət edərək ölkəmizlə bağlı təəssüratlarını bölüşüb.

“Azərbaycan – heç vaxt səyahət etməyi düşünmədiyiniz möhtəşəm ölkə” adlı məqalədə müəllif ölkəmizin görməli yerlərindən, füsunkar təbiətindən, turizm imkanlarından bəhs edib.

Bakının “Xəzərin Dubayı” adlandırıldığı məqalədə vurğulanıb ki, Qafqaz ölkələrindən ən maraqlısı “Odlar yurdu” kimi tanınan Azərbaycandır. Baxmayaraq ki, Gürcüstan səyahət mərkəzlərindən birinə çevrilib, lakin Azərbaycan daha cazibədardır.

 

MÖVZU İLƏ BAĞLI:

“The Telegraph” Azərbaycan həqiqətlərindən yazdı


Müəllif Azərbaycanda olarkən Şəkiyə getdiyini qeyd edib. O bildirib ki, uzun bir yol qət edəndən sonra insan yorğunluq hiss edə bilər, lakin ətrafdakı mənzərəni görəndən sonra vəziyyət dəyişir. Paytaxtdan kənardakı boş ərazilər birdən yox olur və yerini təpəliklər, üzüm bağları, tarlalar tutur.

Məqalədə 2019-cu ildə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi diqqətə çatdırılıb.

Köhnə karvansarayın çay bağçasında oturub bir zamanlar tacirlərin metal, keramika və ipək alış-verişi etdiyi yerlərə baxdığını qeyd edən müəllif Xan Sarayını da ziyarət etdiyini, Şəkinin mətbəxi ilə tanış olduğunu bildirib.

Sonra o, Kiş kəndinə getdiyini, bu kəndin daşlarla döşənmiş zolaqlı yollarının çox gözəl olduğunu vurğulayıb. Kiş kəndində tanınmış norveçli səyyah Tur Heyerdalın büstünün olduğunu qeyd edən jurnalist bildirib ki, o, Azərbaycanda çox məşhurdur.

Çünki norveçli səyyah Kişdə I əsrə aid kilsənin restavrasiyasını təşkil edib. “Kişdəki kilsədə mənə iki skelet göstərdilər. Mən onların nə qədər nəhəng olduğunu gördüm”, - deyə müəllif əlavə edib.

Şəkidə olarkən Quba haqqında da eşitdiyini vurğulayan britaniyalı jurnalist Bakıya qayıdıb bu rayona səyahət etdiyini diqqətə çatdırıb. O, Qubanın Xınalıq kəndinin gözəlliyindən bəhs edərək buranın İncildə haqqında yazılan yerlərə bənzədiyi vurğulayıb.

 

Qeyd edib ki, Azərbaycanın ən ucqar ərazilərindən birində yerləşən bu kənddə dağın dibi ilə axan çayın səsini eşitmək mümkündür. O, Xınalığa müasir standartlara uyğun yolun çəkildiyini, burada insanların özlərinə məxsus həyat tərzlərinin olduğunu qeyd edib.


Müəllif məqalədə Xınalıq sakinləri ilə söhbətlərinə də yer verib. Sakinlərin onu gəzintiyə apardıqlarını, uzaqdan Şahdağı, və gözəl mənzərələr seyr etdiklərini bildirib.

Ceyms Stivort Quba rayonunun dağlıq ərazisində yerləşən Qalayxudat kəndində də olduğunu, burada onu çay içməyə dəvət edən sakinin Quba qalası haqqında maraqlı əhvalatlar danışdığını vurğulayıb.

O, gəzdiyi bu ərazilərin turistik məkana çevriləcəyini, Xınalıqdan Qəbələdəki qış istirahət mərkəzinə birbaşa yol çəkiləcəyini də diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bayılda keçmiş məhkum evində ölü tapıldı

Bayılda keçmiş məhkum evində ölü tapıldı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ölü heyvan və insan sümüyündən hazırlanan diş implantları – Yeni sahibinin şəxsiyyətini dəyişə bilərmi?

Ölü heyvan və insan sümüyündən hazırlanan diş implantları – Yeni sahibinin şəxsiyyətini dəyişə bilərmi?

Sızrandakı neft emalı zavoduna ZƏRBƏ ENDİRİLDİ

Sızrandakı neft emalı zavoduna ZƏRBƏ ENDİRİLDİ

Ailə həyatı üçün ideal çarpayı - VİDEO

Ailə həyatı üçün ideal çarpayı - VİDEO

Moskva vilayətinə PUA hücumu: 5 ölü, 6 yaralı var – VİDEO

Moskva vilayətinə PUA hücumu: 5 ölü, 6 yaralı var – VİDEO

MİDA güzəştli mənzilləri satışa çıxarır – BU TARİXDƏ

MİDA güzəştli mənzilləri satışa çıxarır – BU TARİXDƏ

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Tramp: Avropanı qeyri-qanuni miqrasiya məhv edir

Tramp: Avropanı qeyri-qanuni miqrasiya məhv edir

Ağdamda əkin sahələrini qəsdən yandıran şəxs TUTULDU - VİDEO

Ağdamda əkin sahələrini qəsdən yandıran şəxs TUTULDU - VİDEO

Dövlət Miqrasiya Xidmətindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı AÇIQLAMA

Dövlət Miqrasiya Xidmətindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı AÇIQLAMA

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Sığorta şirkətlərinin zərərlilik əmsalı 63 faizə çatdı - Növbəti addım nə olacaq?

Sığorta şirkətlərinin zərərlilik əmsalı 63 faizə çatdı - Növbəti addım nə olacaq?

SOCAR-dan kütləvi ixtisarlarla bağlı yayılan iddialara CAVAB

SOCAR-dan kütləvi ixtisarlarla bağlı yayılan iddialara CAVAB

Ceki Çan Bakıda film çəkilişində - FOTO

Ceki Çan Bakıda film çəkilişində - FOTO

Ehtiyatda olan polkovnik vəfat etdi

Ehtiyatda olan polkovnik vəfat etdi

Hikmət Hacıyev 3 saat ərzində Türkiyədən gələn qonaqların suallarını CAVABLANDIRDI - FOTO

Hikmət Hacıyev 3 saat ərzində Türkiyədən gələn qonaqların suallarını CAVABLANDIRDI - FOTO

Sankt-Peterburq yaxınlığında "Wildberries" anbarı məhv edildi - VİDEO

Sankt-Peterburq yaxınlığında "Wildberries" anbarı məhv edildi - VİDEO

Musiqi və incəsənət məktəblərinin serifikatlaşdırılmasında qabiliyyət imtahanı ilə bağlı AÇIQLAMA

Musiqi və incəsənət məktəblərinin serifikatlaşdırılmasında qabiliyyət imtahanı ilə bağlı AÇIQLAMA

Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq - FOTO

Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq - FOTO

Ərdoğan bu gün generalları, nazirləri toplayır - Mühüm qərarlar veriləcək

Ərdoğan bu gün generalları, nazirləri toplayır - Mühüm qərarlar veriləcək

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

ATƏT-in sədri Bakıdan paylaşım etdi

ATƏT-in sədri Bakıdan paylaşım etdi

End of content

No more pages to load

RADİO