Xarici İşlər Nazirliyi (XİN)  Bərdə terroru ilə bağlı bəyanat verdi

XİN Bərdə hadisəsi ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən Bizim.Media-ya daxil olan bəyanatda bildirilir:

“ 2020-ci il  oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub. Bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub. Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb.

Hərbi hədəf əlamətləri olmayan, münaqişə zonasından çox uzaqda yerləşən şəhərdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınması Ermənistanın terrorçu mahiyyətini bir daha nümayiş etdirir.

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc əhalinin məqsədyönlü şəkildə qətlə yetirilməsi soyqırımı, müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir.

Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu cinayətə görə ölkənin baş naziri və müdafiə naziri də daxil olmaqla, Ermənistan rəhbərliyi tam şəkildə məsuliyyət daşıyır.

Rəsmi olaraq elan edilmiş humanitar atəşkəs dövründə və hər iki dövlətin Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Cenevrə görüşü ərəfəsində Azərbaycanın yaşayış məntəqələrinə və mülki şəxslərə hücumun edilməsi, Ermənistanın məqsədinin danışıqları pozmaq, gərginliyi artırmaq və üçüncü dövlətləri münaqişəyə cəlb etmək olduğunu açıq şəkildə göstərir.

Ermənistanın vəhşi əməlləri barədə susmaq və Azərbaycan dinc əhalisinə qarşı törədilən bu cinayətləri cəzasız qoymaq, cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması, məqsədyönlü şəkildə mülki şəxslərin qətlə yetirilməsinin qarşısının alınması üçün zəruri addımlar atmalı və bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.

Azərbaycan bu qeyri-insani hərəkətlərə görə cavabdeh olan şəxslərin ədalətdən yayınmaması və məsuliyyətə cəlb olunması üçün əlindən gələni əsirgəməyəcək”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Bu gün tarixdə nələr baş verib?

Bu gün tarixdə nələr baş verib?

Rəhbər olmağa ən meyilli 4 bürc

Rəhbər olmağa ən meyilli 4 bürc

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Zelenski: Putin görüşə hazırdır

Zelenski: Putin görüşə hazırdır

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

End of content

No more pages to load

RADİO