Meşhur aktrisa Deniz Çakırın elektrikli velosipedi tibb işçisi tərəfindən oğurlanıb.
Bizim.Media xəbər verir ki, aktrisa velosipedini yaşadığı binanın birinci mərtəbəsində saxlayıb.
Bir müddət sonra velosipedin yerində olmadığını görən Çakır, məsələ ilə bağlı polis bölməsinə gedərək şikayətçi olub.
Polis binanın ətrafındakı kameralardan velosipedi oğurlayan şəxsin kimliyini müəyyən edib.
Belə ki, velosipedi oğurlayan 36 yaşlı tibb işçisi U.K. "Pandemiya səbəbilə xəstəxanaya gedə bilməyən xəstələrə xidmət etmək üçün velosiped götürdüm. Təxminən bir həftə dediyim işlərə getdim.
Velosiped oğurladığım üçün peşmanam. Hələ də belə bir hadisəyə necə qarışdığımı başa düşə bilmirəm",- deyə bildirib.
Bizim.Media