"YouTube" da yayımlanan "İbrahim Selim ile Bu gece" proqramında qonaq olan türkiyəli müğənni Zeynep Bastık şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, sevgilisi Tolqa Akışdan danışan ifaçı münasibətinin 5-ci günündə evlilik təklifi aldığını bildirib.
“Tolqa işində çox uzaqgörən biridir. Ancaq şəxsi həyatında bu qədər uzaqgörən olacağını düşünmürdüm. Münasibətimizin beşinci günü evlilik təklif etdi. Necə "hə" dedim, bilmirəm. Sadəcə qəlb və inam. Məntiq, şüur yoxdur", - deyə bildirib.
Bizim.Media
