İyunun 23-24-də özəl hərbi şirkət olan “Vaqner”in üsyanı sübut etdi ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı tam miqyasda işğal etmək qərarı ilə ölkəsinə zərər verib.
Bizim.Media xəbər verir ki, bu fikirləri Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns deyib.
O, qeyd edib ki, Yevgeni Priqojin üsyana başlamazdan əvvəl Rusiya hakimiyyətini Ukraynaya müdaxiləsinə, Rusiya hərbi rəhbərliyini isə necə müharibə aparmasına görə kəskin tənqid edib.
MKİ direktoru Priqojinin çıxışını ciddi qəbul edib və bunu Rusiya dövlətinə silahlı çağırış adlandırıb.
Eyni zamanda, o vurğulayıb ki, üsyan Rusiyanın daxili işidir və ABŞ-ın bununla heç bir əlaqəsi yoxdur.
Bizim.Media