Türkiyənin Əskişəhər vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.
Bizim.Media Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Əskişəhər-Kütahya yolunun 15-ci kilometrliyində baş verib.
Sərnişin avtobusunun aşması nəticəsində 35 nəfər yaralanıb.
Bölgəyə çox sayda təcili yardım maşınları, yanğınsöndürən briqadalar göndərilib.
Bizim.Media