İranda qadınların futbol stadionlarına girişinə icazə verildi.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.
Bildirilib ki, Futbol Federasiyasının prezidenti Mehdi Tac Ali Milli Təhlükəsizlik Şurası tərəfindən qadınların stadionlara girişinə icazə verildiyini deyib.
Hazırda Daxili İşlər Nazirliyi, İdman və Gənclər Nazirliyi və iki təhlükəsizlik orqanı onların futbol yarışlarına necə tamaşa etməsinə qərar verəcək.
Qeyd edək ki, qadınların stadionlarda olmasının zəruriliyi ilə bağlı FİFA-nın İran Futbol Federasiyasına uzun müddətli təzyiqlərdən sonra sözügedən məsələ Ali Milli Təhlükəsizlik Şurası tərəfindən icazə verilib.

Bizim.Media