Polşa Rusiyanın Belarusdakı taktiki nüvə silahlarına cavab olaraq Amerikanın nüvə silahlarını öz ərazisində yerləşdirməyi NATO-dan xahiş edib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib:
“Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətində olduğuna görə, biz bütün NATO-nu Nüvə Paylaşımı proqramında iştirak etməyə daha çox çağırırıq”, - deyə Moravetski bəyan edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Belarusda nüvə silahının yerləşdirilməsini çəkindirmə elementi adlandırıb.
Daha sonra Belarus lideri Aleksandr Lukaşenko bildirib ki, nüvə silahlarının böyük hissəsi artıq Belarusa gətirilib.
Bizim.Media