Polşanın Poznan şəhərində Amerika istehsalı olan “Abrams” tanklarına xidmət mərkəzi açılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə“Reuters” məlumat verib.
Bildirilib ki, mərkəzi Polşanın silah istehsalçısı “Polska Grupa Zbrojeniowa” şirkəti açmaq niyyətindədir.
Bu, Varşavanın bu il ordusunun sayını iki dəfə artırmağı, eləcə də müdafiə xərclərini ÜDM-in 4%-nə çatdırmağı planlaşdırması ilə bağlıdır.
Bizim.Media