Bakıda qulaqdibi xəstəliyi yayılıb? - RƏSMİ CAVAB

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır.

Səhiyyə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir.

Bildirilib ki, hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir:

"Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir, hər hansı epidemiya və ya kütləvi yayılma qeydə alınmayıb.
 

Mövcud vəziyyət aidiyyəti tibb müəssisələri tərəfindən daim epidemioloji nəzarətdə saxlanılır, zəruri profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.


Epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə – öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11–23 gün davam edir.

Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır.

Əksər hallarda epidemik parotit yüngül keçir və tam sağalma ilə nəticələnir. Bununla belə, peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda müəyyən ağırlaşmaların inkişaf etməsi mümkündür. Bu səbəbdən xəstəliyin qarşısının alınmasında vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır.
 

Azərbaycanda Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca, epidemik parotit və məxmərək əleyhinə kombinə olunmuş (QPM) peyvənd uşaqlara 12 aylığında vurulur, 6 yaşında isə revaksinasiya aparılır. QPM peyvəndi epidemik parotitdən qorunmanın ən etibarlı və effektiv vasitəsidir".


Səhiyyə Nazirliyi valideynlərə övladlarının peyvənd statusunu yoxlamağı tövsiyə edib:

"Hər hansı səbəbdən peyvənd təxirə salınıbsa və ya buraxılıbsa, yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət edərək həkimlə məsləhətləşmək tövsiyə olunur. Xəstəlikdən qorunmaq üçün xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və qapalı məkanları tez-tez havalandırmaq, xəstəliyə xas əlamətlər müşahidə olunduqda özünümüalicədən çəkinmək, həkimə müraciət etmək və tam sağalanadək kollektivə qayıtmamaq kimi profilaktik tədbirlərə riayət olunması tövsiyə edilir".

Səhiyyə Nazirliyi bir daha bildirib ki, ölkədə epidemik vəziyyət tam nəzarət altındadır:

"Əhalinin sağlamlığının qorunması məqsədilə epidemioloji monitorinq və operativ nəzarət tədbirləri fasiləsiz davam etdirilir. Vətəndaşlardan yalnız rəsmi mənbələrə istinad etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmamaları və onları paylaşmamaları xahiş olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elvin azarkeşlərə belə təşəkkür etdi – FOTO

Elvin azarkeşlərə belə təşəkkür etdi – FOTO

Bakıda yarımstansiyadan 10 minlik oğurluq – ANBAAN VİDEO

Bakıda yarımstansiyadan 10 minlik oğurluq – ANBAAN VİDEO

Çində dəhşətli YANĞIN – 28 nəfər yanaraq can verdi – VİDEO

Çində dəhşətli YANĞIN – 28 nəfər yanaraq can verdi – VİDEO

"Atalar övladlarını atıb yoxa çıxırlar, Allah bunu qızlarıma yaşatmasın"

"Atalar övladlarını atıb yoxa çıxırlar, Allah bunu qızlarıma yaşatmasın"

"İnstagram" və "Facebook" uşaqların psixi sağlamlığına necə zərbə vurur? – Avropa Komissiyasının HESABATI

"İnstagram" "Facebook" uşaqların psixi sağlamlığına necə zərbə vurur? – Avropa Komissiyasının HESABATI

Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Əlilliyi olan şəxslər üçün dövlət saytları nə dərəcədə əlçatandır? – Nazirlikdən AÇIQLAMA

Əlilliyi olan şəxslər üçün dövlət saytları nə dərəcədə əlçatandır? – Nazirlikdən AÇIQLAMA

Göyçayda ev və obyektlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs tutuldu - VİDEO

Göyçayda ev və obyektlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs tutuldu - VİDEO

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi — TƏHLİL

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi — TƏHLİL

Küçədə vəhşicəsinə döyülən qadın ərindən şikayətçi olmadı – VİDEO

Küçədə vəhşicəsinə döyülən qadın ərindən şikayətçi olmadı – VİDEO

Yeddinci mərtəbədən yıxılan səkkiz aylıq hamilə qadın sağ qaldı – VİDEO

Yeddinci mərtəbədən yıxılan səkkiz aylıq hamilə qadın sağ qaldı – VİDEO

Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ – FOTO

Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ – FOTO

Bakı-Tbilisi qatarına biletlər qalıb?

Bakı-Tbilisi qatarına biletlər qalıb?

Netanyahunun oğlu adını dəyişdi

Netanyahunun oğlu adını dəyişdi

Bakıda qulaqdibi xəstəliyi yayılıb? - RƏSMİ CAVAB

Bakıda qulaqdibi xəstəliyi yayılıb? - RƏSMİ CAVAB

Simonyanın torbasını tikənlər- Aralarında müavini də var

Simonyanın torbasını tikənlər- Aralarında müavini də var

İranda bu qədər kişi “qadın” oldu – Hesabat

İranda bu qədər kişi “qadın” oldu – Hesabat

Pərakəndə ticarət dövriyyəsi ARTIB

Pərakəndə ticarət dövriyyəsi ARTIB

Meşə 3000 insanın yaşadığı evləri “uddu” – FOTO

Meşə 3000 insanın yaşadığı evləri “uddu” – FOTO

SON DƏQİQƏ! Kəlbəcərdə mina partladı

SON DƏQİQƏ! Kəlbəcərdə mina partladı

Xaricdə onlayn təhsil almaq istəyənlər – Diplomun tanınması üçün tələblər AÇIQLANDI

Xaricdə onlayn təhsil almaq istəyənlər – Diplomun tanınması üçün tələblər AÇIQLANDI

Sağlamlıq üçün ən zərərli şorba AÇIQLANDI

Sağlamlıq üçün ən zərərli şorba AÇIQLANDI

Şuşada yazılan MEDİA GÜNDƏLİYİ – Dünyanın media trendlərinin gələcəyi Qarabağda MÜZAKİRƏ OLUNUR

Şuşada yazılan MEDİA GÜNDƏLİYİ – Dünyanın media trendlərinin gələcəyi Qarabağda MÜZAKİRƏ OLUNUR

Azərbaycanın xarici dövlət borcu AZALIB

Azərbaycanın xarici dövlət borcu AZALIB

End of content

No more pages to load

RADİO