ABŞ Ukraynaya daha 500 milyon dollarlıq hərbi yardım paketi ayırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında məlumat verilib.
Məlumata görə, hərbi yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri və “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri üçün mərmilər daxil edilib.
Qeyd edilib ki, Ukraynaya həmçinin “Javelin” tank əleyhinə raket kompleksləri, “Bradley” piyada döyüş maşınları və “Stryker” zirehli maşınları da göndəriləcək.
Bizim.Media