NATO-nun baş katibi Yens Stoltenberqin daha bir il vəzifəsində qalacağı ehtimal edilir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə "Euractiv" portalı alyansdakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Stoltenberqin səlahiyyət müddətinin iyunun 28-də uzadılması ehtimalı var.
Belə ki, NATO diplomatları Stoltenberqin böhran vəziyyətlərində hərbi alyansı idarə etmək bacarığını xüsusi qeyd ediblər.
Bizim.Media