“Vaqnerin ölkə boyu sürətlə irəliləməsinin səbəbi əsas qüvvələrimizin Moskva yaxınlığında cəmləşməsi idi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov deyib.
Zolotovun fikrincə, “Vaqner” Moskvanı ala bilməzdi:
“Moskvada qiyam fonunda hər hər hansı təxribat yaransaydı belə, o, yatırılardı”.
Onun sözlərinə görə, Qərbin Rusiya Federasiyasında silahlı qiyama cəhd barədə əvvəlcədən xəbərdar olma ehtimalı var.
Bizim.Media