Belarus Prezidenti Aleksandr Lukaşenko ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib.
Bizim.Media “Belta”ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə hərbçilərlə görüşündə deyib.
“Rusiyada baş verənləri kənardan izləmək çətindir. Vətəndaşlarımızın çoxu baş verənləri ürək yanğısı ilə qəbul etdi”, - A.Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, Belarusun Qərb təhlükəsinə qarşı müqavimət göstərmək imkanı var.
Bizim.Media