Dünyada narkotik istifadəçilərinin sayı son 10 il ərzində 23 faiz artaraq 296 milyon nəfərə çatıb.
Bizim.Media “Daily Post” nəşrinə istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsinin (UNODC) hesabatında yer alıb.
Hesabatda qeyd olunub ki, 2011-ci ildə dünyada narkomanların sayı 240 milyon nəfər təşkil edib.
Bununla belə, narkotik vasitələrdən istifadə pozğunluğundan əziyyət çəkən insanların sayı 45 faiz artaraq 39,5 milyona çatıb.
Hesabatda bildirilib ki, gənclər narkotikdən istifadə ilə bağlı ən həssas qrup olaraq qalır.
Bizim.Media