Bu gün axşam saatlarında Rusiyanın paytaxtı Moskvada yerləşən “Ostankino” televiziya qülləsində bomba təhlükəsi ilə bağlı anonim mesaj daxil olub.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, artıq teleqüllə və ətraf ərazisində əməliyyat axtarış tədbirləri görülür, o cümlədən kinoloqlar hadisə yerində işləyirlər.
Məlumata görə, “Ostankino” televiziya qülləsinə gələn bütün ziyarətçilərin təxliyəsinə başlanılıb.
Xatırladaq ki, Moskva meri Sergey Sobyaninin sərəncamı ilə ötən şənbə günü “Vaqner” hərbi birləşməsinin qiyamı səbəbindən Moskva ətrafında baş verən hadisələrlə əlaqədar bu gün qeyri-iş günü elan edilib.
Həmçinin bu gün ləğv edilən əks-terror əməliyyatı (CTO) rejimi tətbiq edilib. Müvəqqəti məhdudiyyətlər də aradan qaldırılıb.
Bizim.Media