Macarıstan Zakarpatiyada milli azlıqların hüquqları ilə bağlı problem həll olunmayana qədər Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləməyəcək.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O bildirib ki, Ukrayna Zakarpatiyadakı milli azlıqların hüquqlarını qaytarmalıdır.
O, həmçinin Kiyevin Zakarpatiyada macar dilində tədrisin məhdudlaşdırılması ilə bağlı qanunun bir il müddətinə təxirə salınması ilə bağlı bəyanatlarını təbliğat adlandırıb.
Bizim.Media