“Avropa İttifaqı Rusiyada siyasi qeyri-sabitlik halı üçün strategiya hazırlayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.
“Belə bir strategiya tez hazırlana bilməz, cəmi 24 saat keçib. Amma indi biz bunun üzərində işləyəcəyik, məsləhətləşmələr aparacağıq. Ancaq başa düşməlisiniz ki, baş verənlər sırf Rusiyanın daxili işidir, bizim bununla heç bir əlaqəmiz yoxdur” , - deyə o qeyd edib.
Bizim.Media