BMT-nin Baş katibi Antonio Quterreş Rusiyada baş verənləri narahatlıqla izləyir və gərginliyin qarşısını almağa çağırır.
Bizim.Media TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Quterreşin mətbuat katibinin müavini Fərhan Haq bildirib.
O deyib ki, BMT-nin Baş katibi gərginliyin azaldılması ilə bağlı atılan addımlardan xəbərdardır.
Baş katib bütün tərəfləri məsuliyyətli davranmağa və gərginliyin artmasına yol verməməyə çağırır.
Bizim.Media