İraqın şimalındakı düşərgədən qaçan 4 PKK terrorçusu Habur və Silopi sərhəd məntəqələrində təslim olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Nazirlikdəki mənbələrdən alınan məlumata görə, terrorçulardan birinin ötən il Fransada yaşayarkən terror təşkilatına qoşulduğu və İraqın şimalındakı terror düşərgələrinə göndərildiyi müəyyən edilib.
"Münzur B." kod adlı terrorçu ilk ifadəsində Şimali İraqa gəlməmişdən əvvəl bir müddət Yunanıstanda düşərgədə qaldığını və ilk məlumatı orada aldığını bildirib.
Bizim.Media