“Qafqazda davamlı sülh və sabitliyin təmin olunması mümkündür”.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı belə deyib.
“Əlimizə fürsət düşüb. Ümidvarıq ki, bu fürsəti hər kəs görər, bu həyəcanı bütün tərəflər bölüşər”,- Türkiyə XİN başçısı söyləyib.
Çavuşoğlu qeyd edib ki, Türkiyənin qapısı əməkdaşlıq üçün Ermənistan da daxil olmaqla hamıya açıqdır.
Bizim.Media