““Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə xitam veriləcək və o, Belarusa gedəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Priqojinin Belarusa köçdükdən sonra hansı işlə məşğul olacağını bilmir.
O qeyd edib ki, Priqojinin qiyamında iştirak etməkdən imtina edən "Vaqner"çilər Rusiyanın Müdafiə Nazirliyi ilə müqavilə bağlayacaqlar.
Peskov bildirib ki, muzdlu döyüşçülər qanun çərçivəsində təqib olunmayacaqlar.
Bizim.Media