Rusiya Prezidenti Vladimir Putin ölkədə baş qaldıran hərbi qiyamla əlaqədar yeni qanun layihəsi imzalayıb.
Bizim.Media xəbər verir ki, qanuna əsasən, ölkədə hərbi vəziyyəti pozan hər bir şəxsə 30 sutka müddətində həbs cəzası veriləcək.
Həmçinin qanuna əsasən, “Hərbi vəziyyət haqqında” və digər qanun və hüquqi aktlarla müəyyən edilmiş normalara riayət edilməməsinə görə fiziki şəxslər 1000 rubl məbləğində cərimə və ya 30 günə qədər inzibati həbs ediləcək.
Əgər hərəkətlərdə cinayət tərkibi yoxdursa, vəzifəli şəxslər üçün 2000 rubl məbləğində cərimə və ya 30 günə qədər inzibati həbs nəzərdə tutulub.
Bundan əlavə marşrut kartı olmadığı halda, cərimə ödənilənə qədər sərnişin daşımalarının həyata keçirilməsi məhdudlaşdırılır.
Bizim.Media