G7 ölkələrinin xarici işlər nazirləri Rusiyadakı vəziyyəti müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell özünün "Twitter" hesabında məlumat verib.
"Rusiyadakı vəziyyəti müzakirə etmək üçün G7 ölkələrinin xarici işlər nazirləri ilə əlaqə saxladım. Bazar ertəsi Aİ Xarici Əlaqələr Şurasının görüşündən əvvəl Avropa İttifaqı daxilində koordinasiya aparıram və biz böhrana cavab mərkəzini artıq aktivləşdirmişik. Ukraynaya dəstəyimiz dayanmadan davam edir", -deyə Borrell qeyd edib.

Bizim.Media