Sosial şəbəkələrdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Yunus-Bek Yevkurovun “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə söhbət etdiyini əks etdirən video yayılıb.
Bizim.Media xəbər verir ki, videoda eyni zamanda Baş Qərargahın Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini, general-leytenant Vladimir Alekseyev də görünür.
Rostov-na-Donuda çəkildiyi deyilən videoda onlar skamyada əyləşərək söhbət edirlər.
Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeni Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.
Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb.
Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.
Bizim.Media