Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkəti Rostov şəhərinə nəzarət edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojin video müraciətində bildirilib.
O, döyüşçülərinin Rostovdakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarəti ələ keçirdiklərini iddia edib.
Bununla belə, o, aerodromdan Ukraynada müharibə üçün yollanan təyyarələrin qrafik üzrə hərəkətində heç bir problem olmadığını bildirib.
Bizim.Media