Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, müraciətdə qey olunub ki, Vaqner döyüşçüləri Priqojinin cinayətkar avantürası və silahlı üsyanda iştirakına aldanıblar.
Nazirlik “Vaqner”çiləri hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çağırıb.
Nazirlik Y.Priqojinlə bağlı vəziyyəti silahlı qiyam adlandırıb.
Qeyd edilib ki, bir neçə hərbi dəstəyə daxil olan bir çox “Vaqner” üzvü daimi yerləşdirmə məntəqələrinə təhlükəsiz qayıtmaq imkanının təmin edilməsi ilə bağlı yardım istəməklə səhvlərini artıq başa düşüblər.
“Biz hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, - Rusiya MN-nin müraciətində vurğulanıb.
Bizim.Media