Serbiya və Kosova liderləri dörd bələdiyyədə yeni seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell məlumat verib.
Borrell qeyd edib ki, Brüsseldə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovanın Baş naziri Albin Kurti təkbətək görüşlər keçirib və onlar böhranın səbəbləri və onun həlli ilə bağlı fərqli yanaşmalarını bölüşüblər.
Bizim.Media