Fransa hökuməti silahlı iğtişaşlar və ya zorakı əməllərə sövq etməyə görə “Les Soulevements de la Terre” (SLT) ekologiya fəalları qrupunun bağlanması barədə qərarını bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ölkənin daxili işlər naziri Cerald Darmanin bildirib ki, bəzi fəallar “polisə münasibətdə həddən artıq zorakılıq” nümayiş etdiriblər:
“Ətraf mühitin müdafiəsi bəhanəsi ilə bu qrup sabotaj və maddi ziyan vurulmasını təşviq edir”.
Qərarda, həmçinin polislə qarşıdurmalara gətirib çıxaran bir neçə etiraz aksiyasından, o cümlədən Fransanın qərbində mart ayında fermer su anbarına və ötən həftə Alpda dəmir yollarına qarşı aksiyalardan danışılır.
Hökumətin bu qərarı solçu müxalifət və qeyri-hökumət təşkilatları tərəfindən dərhal tənqidə məruz qalıb.
Bizim.Media