Sərmayəçilər Belarusa banan respublikası kimi yox, normal, yüksək texnologiyalı, yüksək inkişaf etmiş ölkə kimi gəlməlidirlər.
Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Nazirlər Şurasının rəhbərliyi ilə görüşündə deyib.
“İndiki geosiyasi şəraitdə Belarus iqtisadiyyatına Qərb sərmayəçilərinin gəlişinə ümid etmək çətindir. Diqqəti başqalarına yönəldək: Şərqə, Asiyaya, Afrikaya və və sairə”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, bir qəpik ödəməklə xalqın bütün şirəsini sormaq (vergilər ödəməmək, həm də işçilərə 500 dollar vermək) üçün Belarusa gəlməyə ehtiyac yoxdur.
Bizim.Media