Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinken arasında təkbətək görüş keçirilib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş H. Fidanın Ukraynanın bərpası üzrə konfransa qatılmaq üçün Londona səfəri çərçivəsində baş tutub.
Görüşdə Türkiyəyə F-16 qırıcılarının tədarükü, İsveçin NATO-ya üzvlük prosesi və regional məsələlər gündəmə gəlib.
Həmçinin, Ukrayna-Rusiya müharibəsi və Suriyadakı son vəziyyətlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə mövzusu olub.
Bizim.Media