Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan ANKA-3 Pilotsuz Uçuş Aparatının ilk uçuşunun bu ayın sonunda həyata keçiriləcəyi planlaşdırılır.
Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə TUSAŞ PUA Sistemləri baş direktorunun müavini Ömər Yıldız məlumat verib.
Qeyd edək ki, Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan ANKA-3 Pilotsuz Uçuş Aparatının maksimal uçuş çəkisi 6,5 tondur və 1,2 ton yük daşıya bilir. 40 min fut yüksəklikdə 10 saat uçuş müddəti olan ANKA-3, 250 kts kruiz sürətinə malikdir.
Bundan əlavə, ANKA-3 PUA-sının daxili silah stansiyaları da var. Bununla da ANKA-3 düşmən radarlarına görünmədən döyüş tapşırıqlarını yerinə yetirə biləcək.
Bizim.Media