“Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında iki həftə davam edən əks-hücumdan sonra irəliləyişi istədiyimizdən daha aşağı sürətlə davam edir”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ВВС-yə müsahibəsində deyib.
O bildirib ki, Ukraynanın 200 min kvadratmetr ərazisi rus qoşunları tərəfindən minalandığı üçün döyüşlər asan olmayıb.
“Bəzi insanlar bunun Hollivud filmi olduğunu düşünür və indi nəticəsini gözləyirlər. Lakin bu, belə deyil” – deyə Zelenski vurğulayıb.
Bizim.Media