Bir neçə ay əvvəl Türkiyənin dövlət telekanalı olan məşhur TRT Belgesel Alpagut döyüş sənəti haqqında Bakıda sənədli bədii film çəkilişi etmişdi. Uzun müddətdir ki, montaj işləri davam edən video artıq hazırdır.
Bizim.Media xəbər verir ki, Dünya Alpaqut Federasiyası (DAF) hər kəsi 25 iyun 2023 tarixində, TRT Belgesel TV kanalında Türkiyə vaxtı ilə (UTC+3) saat 22:00 yayımlanacaq "Bir Döyüşçünün Dünya Macəraları - ALPAGUT" adlı bədii filmə baxmağa dəvət edir.
Federasiya rəsmiləri Nehar Eren və onunla bərabər Bakıda DAF-ın qonağı olan TRT komandasına dərin minnətdarlıq və təşəkkür bildirib.
Bizim.Media