Azərbaycan və Ermənistan sülh sazişi üzrə razılığa gələcəklər - Latviyalı nazir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Latviyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Edqar Rinkeviç cari beynəlxalq vəziyyətdən söz açaraq, ölkəsinin sədrliyi dövründə görüləcək işlərdən, milli prioritetlərə üstünlük veriləcəyindən danışıb.

Bizim.Media xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsinin sədri daha sonra avropalı parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai latviyalı nazirə müraciət edərək deyib:

“Avropa Şurasının iki üzvü olan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması müsbət perspektivlər açır. Sülh danışıqları son vaxtlar kifayət qədər intensiv xarakter daşıyır və beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanır.

Ancaq buna paralel olaraq, digər fəaliyyətlər də həyata keçirilməlidir, məsələn, etimadın möhkəmləndirilməsi tədbirləri. Avropa Şurasının Baş katibi artıq bu istiqamətdə layihələrə start verildiyini bildirdi. Nazirlər Komitəsinin sədri kimi bu sahədə Avropa Şurasının rolunu necə görürsünüz?”.

Azərbaycanlı deputatdan sonra erməni nümayəndə Nazirlər Komitəsinin sədrinə təxribatçı sual ünvanlayıb.

 



Sualları cavablandıran Edqar Rinkeviç deyib: “Əvvəla biz ümid edirik ki, hər iki ölkə - Azərbaycan və Ermənistan bütün çətinliklərə baxmayaraq, sülh sazişi üzərində razılığa gələ biləcəklər. Mən bu dialoqun, siyasi prosesin intensivləşməsini də çox yüksək qiymətləndirirəm. İnanıram ki, bu, konkret, həm də müsbət nəticəyə gətirib çıxaracaq.

Hesab edirəm ki, lazımi şəraiti yaratmaqla Avropa Şurasının da bu prosesdə rolu var. Ermənistan, eləcə də Azərbaycan hələ 2001-ci ildə Şuraya üzv olublar və hər ikisi münaqişənin sülh yolu ilə həlli üçün öhdəlik götürüb. Beləliklə, mən hesab edirəm ki, hər iki ölkə öz öhdəliklərinə uyğun hərəkət etməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 nömrəli marşrutla bağlı narazılığa “Bakubus”dan CAVAB

2 nömrəli marşrutla bağlı narazılığa “Bakubus”dan CAVAB

Alimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi

Alimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi

Kompensasiyanı belə ala bilərsiniz - Nazirlik vətəndaşlara müraciət etdi

Kompensasiyanı belə ala bilərsiniz - Nazirlik vətəndaşlara müraciət etdi

Bakıda 6 marşrutun hərəkət sxemi DƏYİŞDİ - Alternativ yollar

Bakıda 6 marşrutun hərəkət sxemi DƏYİŞDİ - Alternativ yollar

ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb – FOTO

ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb – FOTO

Nura Suri çimərlik geyimində -Foto

Nura Suri çimərlik geyimində -Foto

Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərildi – FOTO/VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərildi – FOTO/VİDEO

90 il sonra YENİDƏN - 7 min illik yaşayış məskəninin sirləri AÇILIR – FOTO/VİDEO

90 il sonra YENİDƏN - 7 min illik yaşayış məskəninin sirləri AÇILIR – FOTO/VİDEO

Kirayə mexanizmi ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Kirayə mexanizmi ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirdi – FOTO

Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirdi – FOTO

Yuxarı Zeyxur kəndində yol, su və bağça problemi GÜNDƏMDƏ - FOTO

Yuxarı Zeyxur kəndində yol, su və bağça problemi GÜNDƏMDƏ - FOTO

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş – RƏSMİ

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş – RƏSMİ

Azərbaycan futbolunda TARİXİ UĞUR

Azərbaycan futbolunda TARİXİ UĞUR

Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO

Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO

Türkiyənin S-400-ü satmasına Kremldən reaksiya

Türkiyənin S-400-ü satmasına Kremldən reaksiya

Nəriman Həsənzadənin dostu: “Səhhətində irəliləyiş hiss olunur”

Nəriman Həsənzadənin dostu: “Səhhətində irəliləyiş hiss olunur”

Cərrah neştəri ilə ana bətnində tanış olan körpələr – Sayları BƏLLİ OLDU

Cərrah neştəri ilə ana bətnində tanış olan körpələr – Sayları BƏLLİ OLDU

"Türkiyədə bütün pullarımı itirdim, məni çökdürdülər"

"Türkiyədə bütün pullarımı itirdim, məni çökdürdülər"

Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi

Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi

Elvin azarkeşlərə belə təşəkkür etdi – FOTO

Elvin azarkeşlərə belə təşəkkür etdi – FOTO

Bakıda yarımstansiyadan 10 minlik oğurluq – ANBAAN VİDEO

Bakıda yarımstansiyadan 10 minlik oğurluq – ANBAAN VİDEO

Çində dəhşətli YANĞIN – 28 nəfər yanaraq can verdi – VİDEO

Çində dəhşətli YANĞIN – 28 nəfər yanaraq can verdi – VİDEO

"Atalar övladlarını atıb yoxa çıxırlar, Allah bunu qızlarıma yaşatmasın"

"Atalar övladlarını atıb yoxa çıxırlar, Allah bunu qızlarıma yaşatmasın"

"İnstagram" və "Facebook" uşaqların psixi sağlamlığına necə zərbə vurur? – Avropa Komissiyasının HESABATI

"İnstagram" "Facebook" uşaqların psixi sağlamlığına necə zərbə vurur? – Avropa Komissiyasının HESABATI

End of content

No more pages to load

RADİO