Avropa İttifaqı (Aİ) növbəti dörd il ərzində Ukraynaya 50 milyard avro ayırmağı planlaşdırır.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen keçirdiyi mətbuat konfransında təsdiqləyib.
O, bildirib ki, vəsait qrant və kredit şəklində saxlanılacaq. AK rəhbəri pulun Aİ-nin mövcud büdcəsindən ayrıla bilməyəcəyini qeyd edərək, ittifaqın bütün 27 ölkəsini bu ehtiyaclara əlavə töhfələr verməyə çağırıb.
Bizim.Media