Rəsmi Moskva taxıl sazişinin başa çatacağı mümkün tarixi açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin məlumat verib.
“Biz çalışırıq ki, iyulun 18-i icrasına əməl edilməyən sazişlərin tamamlandığı gün olsun”, – deyə o qeyd edib.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya" nəşrinə müsahibəsində bildirib ki, Rusiya taxıl müqaviləsinin müddətini dəfələrlə uzatmaqla, xoş niyyətini nümayiş etdirib.
O qeyd edib ki, Taxıl müqaviləsinin perspektivləri yoxdur, çünki bu Saziş üzrə Rusiyanın öhdəlikləri yerinə yetirilməyib.
Bizim.Media