Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinləri Astanada bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlər Dəməşq və Ankara arasında münasibətlərin bərpası üçün yol xəritəsinin elementlərini müzakirə ediblər.
İştirakçılar Suriya-Türkiyə dövlətlərarası münasibətlərinin bərpası üçün müdafiə nazirləri və xüsusi xidmət orqanları ilə koordinasiyalı şəkildə müzakirə aparıblar.
Bizim.Media