ABŞ Ukraynaya növbəti yardım paketi göndərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Ceyms Kleverli ilə birgə mətbuat konfransında məlumat verib.
Blinkenin sözlərinə görə, yeni yardım paketinin mahiyyəti və məbləği iyunun 21-də Londonda keçiriləcək Ukraynanın bərpasına dəstəklə bağlı konfransda açıqlanacaq.
Xatırladaq ki, iyunun 21-22-də Londonda 60-dan çox ölkədən 1000-dən çox xarici rəsmi, biznes rəhbərləri və qlobal investorların iştirakı ilə Ukraynanın bərpasına dair konfrans keçiriləcək. Konfransda Ukraynanın bərpasına köməklik yolları müzakirə ediləcək.
Bizim.Media