Ameria Birləşmiş Ştatları Rusiya ilə nüvə müharibəsinə çox yaxındır və hazırda rəsmi Vaşinqton tarixində ən təhlükəli dövrünü yaşayır.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın sabiq prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində səsləndirib.
Donald Trampın fikrincə, ABŞ prezidenti postunda Barak Obama və ya Hillari Klinton olsaydı, Şimali Koreya (KXDR) ilə nüvə müharibəsi qaçılmaz olacaqdı.
İyunun 11-də Corciya ştatında çıxış edən Amerikanın sabiq dövlət başçısı deyib ki, atom silahının tətbiqinə gətirib çıxaracaq III Dünya müharibəsinin qarşısını yalnız o ala bilər.
Bizim.Media