Rusiya Ukraynaya bu gecə 35 kamikadze pilotsuz uçan aparatı ilə hücum edib. Onlardan 32-si Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Belə ki, iyunun 20-nə keçən gecə Rusiya Federasiyası Ukraynanın hərbi və infrastruktur obyektlərinə İranın "Shahed-136/131 sursatları ilə hücum edib. Bundan əlavə, Rusiya ordusu Zaporojye vilayətini “İskəndər-M”/S-300 ballistik raketlərlə vurub.
Bizim.Media