Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Rusiya Prezidenti Vladimir Putinin hərbi əsiri olduğunu iddia edib.
Bizim.Media xəbər verir ki, Saakaşvili bu barədə özünün “Facebook” hesabında paylaşım edib.
“Bu gün mən məhkəmə iclasında çıxış etməli idim. Lakin məni buraxmadılar, məhkəməni isə qeyri-müəyyən tarixə, ən azı payıza qədər təxirə saldılar.
Bugünkü nümunə həm də mənim Rusiya Prezidenti Vladimir Putinin və onun istifadə etdiyi insanların hərbi əsiri olduğumu təsdiqləyir”, - deyə Saakaşvili qeyd edib.
O qeyd edib ki, onun Nika Gvaramia və digər hərbi əsirlərin əsirlikdə olması Gürcüstan tarixində biabırçı səhifədir:
“Gürcü xalqı beynəlxalq ictimaiyyətlə birlikdə bu ədalətsizliyə tez bir zamanda son qoymalıdır.
Gürcüstan zorakılıq, siyasi məhbuslar və digər rus lətifələri olmadan normal, demokratik, rəqabətli siyasi prosesə qayıtmalıdır”.
Bizim.Media